Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında daşqın həyatı iflic edib.
Kentukki ştatının qubernatoru Stiv Beşir leysan yağış və daşqınlarla əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Təbii fəlakət nəticəsində Kentukkidə 2 qadın həyatını itirib.
Fövqəladə vəziyyət rejiminin tətbiqi təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasetmə tədbirləri həyata keçirilir.
Ən çox ziyan ştatın Luisville şəhərinə dəyib. Burada 16 santimetr hündürlüyündə yağıntı düşüb. Şəhərin əsas yolu bağlanıb, yollarda qalan 160 nəfər xilas edilib./anspress/