Rusiyanın tanınmış jurnalisti Vlaçeslav Starodubets Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində naməlum şəxslərin hücumuna məruz qalıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, polis verdiyi açıqlmada bildirib ki, təcavüzkarlar Starodubetsi oğurlayıb və şəhərdən kənara apararaq, döyüblər.
Jurnalist xəstəxanaya yerləşdirilib. Starodubets onu döyənlər arasında şəhərin merinin oğlu Əziz Yaralıyevin də olduğunu iddia edir.
Polis faktın araşdırıldığını və jurnalisti döyənlərin tapılması üçün tədbirlərin davam etdiyini bildirib.
Qeyd edək ki, Starodubets "Mənim Dərbəndim" bloqunun və "Cənub Mirvarisi" sosial layihəsinin rəhbəridir. O, öz yazılarında yerli məmurların qanunsuzluqları barədə ictimaiyyəti məlumatlandırıb.
Samir