10 Aprel 2015 22:54
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan parlamenti Yəməndə Husi güclərinə qarşı əməliyyatlarda iştirak etməyəcəyinə dair qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, qərardan öncə İranın xarici işlər naziri Muhammed Cevad Zarif Pakistan tərəfi ilə danışıqlar aparıb və baş nazir Navaz Şerif, Quru Qoşunlarının komandiri ilə görüşüb.

Bu qərar Səudiyyə Ərəbistanının husilərlə mübarizə üçün İslamabaddan gəmi və təyyarələr ayrıması barədə xahişindən sonra verilib.

Bundan öncə yayılan məlumatda qeyd olunurdu ki, Pakistan hakimiyyəti Yəməndə şiə üsyançıları ilə mübarizəyə qoşun göndərmək niyyətindədir. Pakistan sonradan mövqeyini dəyişib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər