Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan evə dönərkən jurnalistlərlə söhbətində 1915-ci il hadisələri ilə bağlı ermənilərə növbəti çağırış məsələsinə də toxunub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlər prezidentə ötən il onun ermənilərə başsağlığı verməsini xatırladaraq bu ilin strategiyası ilə maraqlanıblar.
Türkiyə prezidenti cavab verib ki, bu il çağırış aprelin 23-də, İstanbulda “Dünya sammiti”nin gedişində səslənəcək.
Ərdoğan bu zaman erməni terror təşkilatı ASALA-nın Çanaqqla mərasimlərinə qatılmaq istəyən prezidentləri hədələdiyini də söyləyib.