13 Aprel 2015 09:55
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hillari Klinton təqdim etdiyi videoçarxla ABŞ-da ilk qadın prezident olmaq niyyətini bildirib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, çarxın müəllifləri ABŞ-da irqi fərqləri nəzərə alıblar. Videoda afroamerikalılar, asiyalılar və latın amerikalılar danışıb. Görüntülərdə tələbələr, təqaüdçülər, hamilə qadınlar, iş adamları və demək olar ki, əhalinin bütün təbəqələrini təmsil olunub.

Videoda çıxış edən Klinton birinci olmaq niyyətini belə ifadə edib: “Amerikalılara hər gün onların maraqlarını təmin edən şəxs lazımdır. Mən həmin adam olmaq istəyirəm. Siz bununla irəliyə gedə və həmişə irəlidə ola bilərsiz. Çünki güclü ailə güclü Amerika deməkdir”.

Samir


Müəllif: