13 Aprel 2015 13:06
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Ermənistanla həmsərhəd olan Baqrataşen-Sadaxlı gömrük məntəqəsində Ermənistandan Rusiyaya istiqamətlənən avtobusun sürücüsü ilə gömrük əməkdaşları arasında münaqişə yaranıb.

Trend-in “Armenia Today”a istinadən verdiyi məlumata görə, avtobus “Forsaj-Tur” şirkətinə məxsusdur.

Münaqişə nəticəsində Rusiya vətəndaşı olan sürücü saxlanılaraq Marneuli polis bölməsinə göndərilib. 50 sərnişin isə gömrük məntəqəsində qalıblar. “Forsaj-Tur” şirkətindən bildirilib ki, həmin məntəqəyə başqa sürücü göndəriləcək. Münaqişənin detalları barədə ətraflı məlumat verilmir. Hadisə barədə Ermənistanın Gürcüstandakı səfirliyinə məlumat verildiyi deyilir.


Müəllif:

Oxşar xəbərlər