13 Aprel 2015 14:11
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya prezidenti Tomas Hendrik İlves ölkəsində NATO bazasının yerləşdirilməsini istəyib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, İlves verdiyi müsahibədə növbəti dünya böhranı episentrinin Estoniya olacağı ehtimalının yüksək olduğunu deyib. Onun sözlərinə görə, Baltika dövlətləri sərhədi yaxınlığında Rusiyanın keçdiyi təlimlər və hərbi təyyarə uçuşları Estoniyanı narahat edir.

Hazırda Estoniyada müvəqqəti olaraq 150 nəfər ABŞ piyada qüvvəsi yerləşdirilib.

Estoniya prezidenti hesab edir ki, hazırda Avropada vəziyyət 1997-ci il ilə müqayisədə xeyli dəyişib və indi Estoniya ərazisində azı bir NATO briqadası daimi əsasda yerləşdirilməlidir.

Qeyd edək ki, Estoniya hazırda 5300 nəfərlik əsgəri qüvvəyə malikdir, ölkənin hava sərhədlərində NATO qırıcıları keşik çəkir.

Samir


Müəllif:

Oxşar xəbərlər