Fransanın "Radio France" şirkətinin işçilərinin tətili davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həmkarlar ittifaqının çağırışı ilə 27 gündür davam edən tətillərə digər media orqanlarının jurnalistləri də qoşulub. Etirazçılar rəhbərliyin həyata keçirdiyi qənaət tədbirləri və iş yerlərinin ixtisarına etiraz edirlər.
Radio rəhbərliyi ixtisarlar hesabına 2019-cu ilə qədər 50 milyon avroya qənaət etmək niyyətindədir. Jurnalistlər həmçinin baş direktor Matyö Qalenin istefası, sosial problemlərinin həll edilməsi və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Radio rəsmiləri və jurnalistlər arasında aparılan danışıqlar heç bir nəticə verməyib.
Samir