Avropa ölkələrində korrupsiya festival da təşkil edilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan “La Fallas” festivalı cari ildə maraqlı görüntülərə səhnə olub. 1 milyondan artıq insanın izlədiyi festivalda çilingər və ustaların 1 illik əməyinin məhsulu olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə gətirilib.
Festivalda siyasətçilər, son dövrlərdə korrupsiya ilə bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub. İspaniya Kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalın “qəhramanı” olub.
Qeyd edək ki, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran Kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınma və ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır.
Samir