İraq Şam İslam Dövləti (İŞİD) Liviyada qaçırdığı 28 efiopiyalı xristianı edam edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayımlanan edam videosunda terrorçuların iki qrupa bölündüyü görünüb. Qruplardan birinin Liviyanın şərqindəki Bark bölgəsində, digər qrupun isə ölkənin Fizan bölgəsində edamı həyata keçirdiyi bildirilib.
Qurbanların kim olduqları və nə zaman öldürüldükləri isə bilinmir.
Videoda danışan terrorçu dünyaya təhdid dolu mesaj göndərib: “Müsəlmanlarının qanı tökülüncə, biz bunları davam edəcəyik. Haqq və İslam üçün döyüşürük”.
Hadisədən sonra açıqlama verən Efiopiya hökumətinin sözçüsü Ridvan Hüseyn bunu insanlıq cinayəti adlandırıb.
Samir