Fransanın paytaxtı Parisdə terror hücumunun qarşısı alınıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernard Cazeneuve bildirib. O, Parisdə çox sayda silah və partlayıcı ələ keçirildiyini və hadisə ilə bağlı bir nəfərin də həbs edildiyini bildirib.
Şübhəlinin bir neçə kilsədə terror aktı törətməyə çalışan 24 yaşlı tələbə olduğunu bildirən Cazeneuve onun bazar günü Paris yaxınlığında maşınında ölü tapılan fitnes müəllimi Aurelie Şatelainin qatili olduğunu da vurğulayıb.
Əlcəzair əsilli olduğu bildirilən şübhəlinin Fransız kəşfiyyatı tərəfindən axtarıldığı və ötən ildən bu yana Suriyada gedən döyüşlərdə iştirak etdiyi bildirilib.
Samir