Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında böyük bir şok yaşanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sessiyada söz alan erməni millət vəkillərindən biri “Osmanlının soyqırım törətdiyini” iddia edərək zaldakılardan qurbanların bir dəqiqəlik yad edilməsini istəyib.
Erməni millət vəkilinin bu istəyi zaldakı deputatların əksəriyyəti tərəfindən qəbul edilib. Şok məqam isə ondan ibarətdir ki, digər ölkələrin nümayəndələri ilə yanaşı, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Gülsüm Bilgehan Toker ilə Xalqların Demokratik Partiyasından (HDP) olan Nəzmi Gur ayağa qalxıb.
Türkiyə mediasının yazdığına görə, bu xəyanətə Azərbaycandan olan millət vəkilləri “Sizə söyənləri alqışlayırsınız” deyərək sərt reaksiya verib. Sessiyada iştirak edən CHP-li Dəniz Baykal da ayağa qalxmayıb.