24 Aprel 2015 13:12
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində bu il gəmi batması nəticəsində 2 minə yaxın köçkünün ölməsi Beynəlxalq Amnistiya Təşkilatını ayağa qaldırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin cənub sahilində yerləşən Briqton şəhərində bir araya gələn yüzə yaxın insan hüquqları müdafiəçisi çimərlikdə qara torbaların içinə girərək eirazlarını nümayiş etdiriblər.

Qrup "Boğulmalarına imkan verməyin!" (Don’t Let Them Drown) yazılmış plakatlar hazırlayıblar.

Yayılan hesabatlara görə bu ilin əvvəlindən etibarən 21 min nəfər Aralıq dənizini keçərək Avropaya gəlib. Son gəmi faciəsində isə 800 köçkünün öldüyü açıqlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər