24 Aprel 2015 19:43
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva gələn ay Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə mənfi yanaşır və bunun Rusiyaya qarşı olduğunu deyir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukashevich aprelin 24-də bildirib ki, Kremil bu sammitə çox mənfi yanaşır və buna çox kəskin və prinsipial reaksiya verəcək.

Çünki bu sammit birbaşa Rusiyaya qarşıdır.

Avropa Birliyinin mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan, Belarus,Gürcüstan,Moldova və Ukrayna rəsmiləri iştirak edəcək.

Bu proqramda məqsəd keçmiş Sovet ölkələri ilə iqtisadi və siyasi münasibətləri gücləndirməkdir.

Amma Avropa rəsmiləri bu proqramın Rusiyaya və ya hər hansı bir ölkəyə qarşı yönəlmədiyini deyirlər. Avropa Birliyi Ukrayna, Moldova və Gürcüstanla asosasiya sazişi imzalayıb.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyinə qoşulub.


Müəllif:

Oxşar xəbərlər