26 Aprel 2015 09:11
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada üçüncü Çeçenistan müharibəsinin başlayacağı açıq-aydın görünür.

ANS PRESS-in məlumatına görə, bu barədə post-sovet ölkələri üzrə amerikalı ekspert Pol Qobl bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada düşdüyü dalandan çıxmaq və Qərblə münasibətləri yoluna qoymaq üçün Çeçenistan müharibəsinə başlayacaq.

Pol Qobl fikrini belə əsaslandırıb: "Çeçenistan lideri Ramzan Kadırov bəyan etdi ki, onun razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək. Daha sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, Rusiyanın əsas düşməni İŞİD radikal terrorçu qruplaşmasıdır. Bu açıqlamalar Rusiya ərazisində yeni konfliktin yaranması üçün proloq ola bilər"

Qobl hesab edir ki, Çeçenistan müharibəsi Putin üçün bir çox müsbət nəticələr verəcək:

"Birincisi, o, Qərbin aqressiyasını Ukraynadan yayındıracaq. Moskva mesaj verəcək ki, onlar radikal islamçılara qarşı Qərblə mövqedədir. İkincisi, Putin vətənpərvər lider kimi ölkədə daha da çox nüfuz qazanacaq".


Müəllif: