ABŞ prezidenti Barak Obama onun müsəlman olması ilə bağlı iddialara cavab verib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Obamanın bu cavabı müsəlmanlar tərəfindən ciddi narazılıqla qarşılanıb: “ABŞ prezidenti olmaq asan iş deyil. Hazırda xırda miqrasiya sistemindəki çatışmazlıqları aradan qaldırmaq, Konqresə veto qoymaq, İranla müzakirələr aparmaq. Bunlarla yanaşı müsəlman olsam, gündə beş dəfə namaz qılmağa vaxt ayırmalıyam”.
Qeyd edək ki, Obama 2012-ci ildə verdiyi açıqlamada xristian olduğunu bildirib və Barak H. Hüseyn şəkilində yazılan adında “Hüseyn” sözünü işlətməkdən imtina edib.
Samir