27 Aprel 2015 16:55
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropada irqçiliklə bağlı aksiyalar dərhal dayandırılmalıdır”.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn İngiltərənin “The Sun” qəzetində dərc olunan məqaləyə münasibət bildirərkən deyib. Qəzetdə dərc edilən yazıda müharibədən qaçaraq, Avropaya gələn miqrantların güllələnməsi və dənizdə batırılmasının tələb olunduğunu deyən komissar bunun yolverilməz olduğunu deyib: “Hazırda Avropada söz azadlığı pərdəsi altında çirkin irqçilik yayılmaqdadır. Avropa rəhbərlərinin isə bu məsələyə biganəliyi bir sıra problemlər yaradıb”.

BMT-nin insan hüquqları üzrə ali komissarının Avropada irqçiliyin yayılması barədə son bəyanatları əslində bu məsələ ilə bağlı bəzi faktların üzərin işıq saçıb. Belə ki, Avropa ölkələri daim vətəndaşlar arasında şəxsi, sosial və insan hüquqları azadlıqlarının olmasını bəyan edir. Amma görünən odur ki, bu, heç də belə deyil. İqtisadi böhranın davam etməsi Avropa ölkələrinin əksəriyyətində olan ksenofobiya və sağ radikal partiyaların sayının artmasına səbəb olub. Ksenofobiya halları daha çox islamofobiyanın və miqrantlığın güclu olduğu Almaniya, Fransa, Britaniya və Yunanıstan kimi ölkələrdə özünü daha kəskin göstərir.

Faktlar göstərir ki, belə qruplara əsas dəstək ölkə hakimiyyəti və parlamentlərindən gəlir.

Samir


Müəllif:

Oxşar xəbərlər