28 Aprel 2015 12:26
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat İqbal Məmmədov Milli Məclisdə çıxışı zaman Əlikram Hümbətovu ciddi tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, deputat bəyan edib ki, separatçı və xəyanətkar Əlikram Hümbətov talış xalqının adından uydurma soyqırımla bağlı Ermənistana başsağlığı verib, Azərbaycana qarşı ittihamlar irəli sürülüb: “Mənə son günlər Lerik rayonundan zənglər və məktublar daxil olub. Hümbətovun Azərbaycana etdiyi pisliklər bu gün də davam edir. Onun bu dövlətə və xalqa aidiyyəti olmayıb. Onlar Azərbaycanda nifaq salmağa çalışırlar. Torpaqlarımızı işğal edən düşmənlə bu şəkildə əməkdaşlıq şəhidlərin ruhuna xəyanətdir. Sərsəm bəyanatlar verən Əlikram Hümbətov ölkədə, eləcə də cənub bölgəsində gedən müsbət işləri görmürmü? 20 il əvvəl Hümbətov Azərbaycana xəyanət edib, indi də düşmən ölkəyə satılıb. Bu adam talışlardan dəstək almayıb və ala da bilməyəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər