ABŞ-ın Merilend ştatının Baltimor şəhərində fövqəladə vəziyyət elan edilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, gecə boyu baş verən insidentlər zamanı azı 15 polis yaralanıb, 27 nümayişçi saxlanılıb.
Rəsmilər şəhər sakinlərini məcburiyyət olmadan küçələrə çıxmağı qadağan ediblər.
Qeyd edək ki, aksiyalar aprelin 19-da 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən öldürülməsinən sonra baş verib. Nümayişçilər yollardakı maşınları yandırıb, mağazaların və bankların şüşəsini sındırıb.
Samir