Yunanıstanın maliyyə naziri Yannis Varufakis və onun həyat yoldaşı anarxistlərin hücumuna məruz qalıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı nazir özü məlumat verib. Onun sözlərinə görə, hadisə anarxistlərin sıx yaşadığı Ekzarziya rayonunda yerləşən restoranlardan birində həyat yoldaşı ilə şam yeməyində olarkən baş verib.
Hadisə zamanı nazir və həyat yoldaşı xəsarət almayıb. Varufakis bildirib ki, anarxistlər onlara xəsarət yetirmək istəməyib: “Onların bizə xəsarət yetirmək üçün şansları vard. Anarxistlər mənə və həyat yoldaşıma plastic butulka atıb və rayonu tərk etməmizi tələb etdilər. Restoranın içərisində həyat yoldaşım təcavüzkarlara etiraz etdiç Onlar uzaqlaşdılar. Ancaq bir müddət sonra restorandan çıxıb şəxsi motosikletimə əyləşəndə yenidən üzərimizə yeridilər. Bu dəfə mən onlarla danışdım və məsələni həll etdim”.
Polis nazirin şikayətçi olmadığını bildirib.
Samir