29 Aprel 2015 22:35
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Digər böyük şəhərlərdə olduğu kimi, Los-Ancelesdə də erməni icmasının 1915-ci il hadisələrinin 100 illiyi ilə əlaqədar nümayişi olub. Bu şəhərdə ABŞ-ın etnik ermənilərinin ən böyük icmalarından biri yaşayır.

Qondarma “erməni soyqırımı”nın tanınmasını tələb edən və Birinci Dünya müharibəsi zamanı erməni silahlı birləşmələri tərəfindən 524 min türkün öldürülməsini və ötən əsrin 90-cı illərində Azərbaycanın Qarabağ regionunda azərbaycanlıların etnik təmizlənməsini “unutmuş” erməni icmasının üzvləri şəhərin mərkəzi prospekti olan Uilşerdən keçərək Türkiyə konsulluğunun qarşısında etiraz aksiyası təşkil ediblər. Elə həmin yerdə türk və Azərbaycan icmalarının nümayəndələri erməni nümayişçilərini münaqişə vaxtı dinc türklərin məhv olmalarını tanımağa, habelə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri hərbi cinayətləri, o cümlədən 613 azərbaycanlının öldürülməsini yada salmağa çağıran çıxışlar ediblər.

Los-Anceles ermənilərinin etiraz aksiyası onların təkcə türklərə deyil, müsəlmanların dinini şeytana bərabər tutması ilə bütövlükdə islam dininə qarşı nifrətini göstərib. Erməni nümayişçilərin daha çox yellədikləri plakatlardan birində yazılmışdı: “Sizi aldatmağa imkan verməyin. İslam etiqadları şeytanın yalanıdır! Bibliyanı oxuyun!”. Bu plakat yerli televiziya şirkətinin reportajında da əksini tapıb. Yaxın Şərqin bir çox müsəlman dövlətlərinin erməni icmaları üçün əvvəl və indi də ev olmasına baxmayaraq, Los-Ancelesdə nümayişə çıxan ermənilərdən biri də həmin plakatı kənarlaşdırmağa cəhd göstərməyib. Bu, ermənilərin başqa millətlərə və dinlərə qarşı ksenofobiyasının və qeyri-tolerantlığının səviyyəsini növbəti dəfə nümayiş etdirib.


Müəllif: