30 Aprel 2015 08:11
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın federal kansleri Angela Merkel faşizm üzərində Qələbənin 70-ci ildönümünü Rusiya Prezidenti Vladimir Putinlə birlikdə qeyd etmək üçün Moskvaya gedəcək. İki dövlətin liderləri Naməlum Əsgərin məzarı önünə əklil qoyacaq, sonra məhdud dairədə işgüzar nahar süfrəsi arxasında görüşəcəklər.

Bu barədə Berlində AFR hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert məlumat verib.

“dpa” agentliyi xəbər verir ki, federal kanslerin Rusiya paytaxtına səfəri zamanı Ukrayna ətrafında vəziyyətin müzakirə olunub-olunmayacağı barədə suala Ş.Zaybert belə cavab verib: “Orada məlum olacaq”.

AFR hökumətinin rəsmi nümayəndəsi qeyd edib ki, “kanslerin Moskvaya səfəri baş tutacaq, çünki İkinci Dünya müharibəsində - Almaniyanın başladığı müharibədə Rusiya xalqının əzab-əziyyətlərinə və onun verdiyi böyük qurbanlara ehtiramla yanaşmaq lazımdır”.


Müəllif:

Oxşar xəbərlər