Türkiyəli qadın uşağının atasının kim olduğunu müəyyənləşdirmək üçün məhkəməyə müraciət edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Akifin(adlar şərti olaraq seçilib) etdirdiyi DNT testinə inanmadığını deyən Nazlı uşağın atasının kim olmasının müəyyən edilməsini istəyib.
Trabzonda 2 il əvvəl evlənən Nazlı müdiri Emirhanın ona təcavüz etdiyini bildirib. O, ailəsinin dağılmaması üçün olanları həyat yoldaşına danışmayıb.
Hamilə qala qadının oğlu olub. Nazlı doğumdan sonra başına gələnləri Akifə danışıb. Akif isə əvəl Emirhanın ofisinə basqın edərək onu döyüb, sonra da arvadını boşayıb.
2014-cü ilin avqustunun 22-də oğlu dünyaya gəlib. DNT testi etdirən Akif körpənin ondan olmadığını bildirərək uşağı adına keçirtməkdən imtina edib.
Nazlı isə Ailə Məhkəməsinə müraciət edərək uşağın atasının kim olmasının müəyyənləşdirilməsini istəyib.
Qadın müdiri Emirhanın ona təcavüzünə etməsi barədə də polisə müraciət edib.
Trabzon Ailə Məhkəməsi körpənin atasının müəyyən edilməsi üçün Emirhan, Akif və uşaqdan qan nümunəsinin götürülməsinə qərar verib. 8 aylıq olan oğlanın atasının kim olması DNT testinin nəticəsindən sonra məlum olacaq.
Rüstəm