Amerikanın “Hewlett-Packard” (HP) texnoloji şirkətinin keçmiş icraçı direktoru Karli Fiorina Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmək niyyətini rəsmən bəyan edib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, 60 yaşlı namizəd 1999-2005-ci illərdə HP şirkətinin icraçı direktoru vəzifəsində çalışıb və qısa müddətdə dünyada ikinci iri komputer istehsalçısı şirkətinə çevirib. Fiorina on minlərlə əməkdaşının istefaya göndərilməsi və səhmlərin kəskin şəkildə ucuzlaşması ilə HP şirkətindən uzaqlaşıb. Onun siyasi fəaliyyəti də uğursuz olub. 2008-ci ildə Kaliforniyada senator postuna keçirilən seçkilərdə 6 milyon dollar vəsait xərcləsə də, qalib gələ bilməyib.
Fiorina mühafizəkar sosial mövqeyə malikdir. O, abort və eynicinslilərin nigahına qarşıdır.
Qeyd edək ki, indiyədək ABŞ-dakı president seçkilərində Ted Kruz, Hillari Klinton, Marko Rubio və Pend Pol namizəd olacaqlarını açıqlayıblar.
Samir