4 May 2015 20:23
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə iki şagirdi ilə cinsi əlaqədə olan evli müəllimənin həbs edilməməsi mübahisə yaradıb.


Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, iki uşaq anası olan Emma Vebin şagirdləri ilə əlaqədə olması valideynlərin etirazına səbəb olub.

44 yaşlı Emmanın 16 yaşlı şagirdi ilə avtodayanacaqda sevişdiyi məlum olub. Emmanın 16 yaşlı gəncə "Daha gənc olsaydım sənin sevgilin olardım" kimi mesajlar yazdığı da ortaya çıxıb.

O, ərinin evdə olmamasından istifadə edərək 16 və 15 yaşlı şagirdləri evinə gətirib. 15 yaşlı şagirdi ilə riyaziyyat otağında sevişdiyi məlum olub.

Polisin məlumatına görə, Emma Veb 2012-ci ildə beş şagirdi ilə əlaqəyə girdiyi üçün 32 ay həbs cəzasına məhkum edilmişdi.

Hakim Con Qallaher isə Vebin daha əvvəl törətdiyi bənzər cinayətdən həbsdə yatdığı üçün ikinci dəfə mühakimə olunmasını mümkünsüz sayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər