5 May 2015 01:14
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polis əməkdaşları qaradərili kişiyə atəş açıblar.

APA-nın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerində olan Fox News telekanalının çəkiliş qrupu qaradərili kişinin polislərdən qaçdığını və ona atəşin açılmasını lentə alıb.

Bundan əvvəl Baltimor şəhərinin meri Stefani Roulinqs-Bleyk baş vermiş iğtişaşlardan sonra şəhərdə komendant saatının tətbiqini ləğv etmişdi.

Xatırladaq ki, Baltimor şəhərində bir həftə davam edən toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub. Prokurorun qərarı ilə Qreyi həbs edən 6 polisə qarşı cinayət işi başlanılıb.


Müəllif:

Oxşar xəbərlər