6 May 2015 20:05
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatı 2030-cu ildə ümumilikdə Avropa İttifaqı ölkələrinin bir çoxunda piylənmə epidemiyasının baş verəcəyi barədə xəbərdarlıq edib.

Dünya Səhiyyə Təşkilatının piylənmə probleminə dair Praqada keçirilən Avropa konqresinin iştirakçıları arasında payladığı sənəddə Avropanın miqyaslı böhranla qarşılaşacağı barədə qeydlər yer alıb. Məlumata əsasən, Avropa İttifaqı ölkələri arasında piylənməyə daha meyilli insanlar İrlandiya, Yunanıstan, İspaniya, İsveç, Çexiya və Böyük Britaniya vətəndaşlarıdır. Belə ki, 2030-cu ildə İrlandiya əhalisinin 89 faizi artıq çəkidən əziyyət çəkəcək.

Ekspertlər Avropa İttifaqının piylənmə təhlükəsi gözləməyən ölkələri arasında ilk növbədə Niderlandın adını çəkirlər.

Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2014-cü ildə 18 yaşdan yuxarı 1,9 milyard insan artıq çəkiyə malik olub.


Müəllif:

Oxşar xəbərlər