Makedoniyaanın paytaxtı Skope şəhərində Nazirlər Kabineti önündə keçirilən aksiyalar zamanı jurnalistlərə hücum olub.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, aksiya iştirakçılarının bəziləri yerli “Sitel” telekanalının maşınını yandırıb. Hadisə zamanı telekanalın 3 müxbiri ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 20 nəfər, o cümlədən 13 polis xəsarət alıb. Gecə boyu davam edən və 2 min nəfərin iştirak etdiyi etirazçılar zibil konteynerlərini və polis avtomobillərini yandırıblar. Asayiş keşikçiləri aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
Qeyd edək ki, ölkənin əsas müxalif partiyası olan Sosial-Demokratik İttifaqının lideri Zoran Zayev Baş nazir Nikol Qruyevskini 22 yaşlı Martin Neşkovskinin qətl şəraitinin gizlədilməsində ittiham etdikdən sonra aksiyalara start verilib.
O, 2011-ci ilin iyununda qətlə yetirilib.
Samir