Mayın 7-də İraqın Tikrit şəhərinin şərqində törədilmiş iki partlayış nəticəsində azı 50 polis əməkdaşı həlak olub.
Tikrit şəhərində dinamitlə dolu iki avtomobil partladılıb. Hadisə ilə bağlı əlavə məlumat verilmir.
BMT-nin məlumatına əsasən, 2014-cü ildə İraqda terror hücumları nəticəsində təxminən 12,3 min nəfər həlak olub, 23 min nəfərdən çox insan isə yaralanıb.