8 May 2015 08:28
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkiyə arasında 2016-cı ilin dekabrından “Türk axını” kəmərinin istismara verilməsi və kəmər vasitəsilə qaz təchizatına dair razılıq əldə olunub.

Bu barədə RİA “Novosti” agentliyi Qazprom şirkətinin informasiya idarəsinə istinadla məlumat yayıb.

Razılaşma mayın 7-də Qazpromun rəhbəri Aleksei Millerlə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız arasında keçirilən görüşdə əldə olunub.

Rusiyanın Qazprom və Türkiyənin Botaş şirkəti 2014-cü il dekabrın1-də illik gücü 63 milyard kubmetr olan qaz kəmərinin tikintisi barədə anlaşma memorandumu imzalayıblar.

Türkiyə Qazprom üçün Almaniyadan sonra ikinci böyük bazardır.

Qazprom 2014-cü ildə Türkiyəyə 27,4 milyard kubmetr qaz ixrac edib.

Hazırda Türkiyəyə Rusiyadan “Dərin axın” və “ Transbalkan” kəməri vasitəsi ilə qaz alır.

Aleksei Millerlə Taner Yıldız görüşdə həmçinin “Dərin axın” kəmərinin modernləşdirilməsi barədə razılıq əldə ediblər.


Müəllif:

Oxşar xəbərlər