Parisin apellyasiya məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin vəkili ilə telefon danışıqlarının dinlənilməsi ilə bağlı qərarını dəyişməyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dinləmə 2013-cü il 3-19 setyabrı əhatə edib. Dinləmələr zamanı Sarkozi ilə bağlı mühüm yeni faktlar üzə çıxıb.
Eks-prezident rüşvət vermək, nüfuzundan sui-istifadədə günahlandırılıb.
Günahı sübuta yetiriləcəyi təqdirdə Sarkozini 200 min avro cərimə, 10 il həbs və müəyyən müddətlik siyasi fəaliyyətdən uzaqlaşmaq cəzası gözləyir.
Sarkozinin vəkilləri qərarla razılaşmadıqlarını və yenidən apelyasiya şikayəti verəcəklərini bildiriblər.
Qeyd edək ki, Avropa mətbuatında 2017-ci il prezident şeçkilərinin ən güclü namizədlərindən biri olaraq göstərilən Sarkozinin siyasi karyerası haqqında açılan bu mühakimələrin onun nüfuzuna xələl gətirməsi barədə şərhlər yer alıb.
Samir