Rusiyalı analitik Qriqoriy Trofimçuk maraqlı iddia ilə çıxış edib.
Publika.az xəbər verir ki, politoloq Hitlerin bir çox ideyalarının onun ölümündən çox sonlara reallaşdırıldığını deyib.
“Hitlerin əsas ideyaları bu gün reallaşdırılıb. Birinci, Avropa Almaniyanın rəhbərliyi altında Rusiyaya qarşı birləşdirilib. İkinci, SSRİ bölünüb və post-sovet ölkələri bir çox məsələdə qarşıdurma yaşayır. Üçüncü, ukraynalılarla ruslar müharibə edir. Nəhayət, dördüncü, ruslar üçün təhsil, səhiyyə, fərdi ev, praktiki olaraq əlçatmazdır”, - deyə Q. Trofimçuk vurğulayıb.