13 May 2015 15:28
2 097

Türkiyənin Van bölgəsinin Çaldıran mahalında 7 nəfərin donaraq ölməsi ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 6-sı azyaşlı olub. 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Rəsmilər 33 nəfərin öz yurdundan qaçaraq, Türkiyədə məskən saldığını bildiriblər.

Qalan 17 nəfərin ehtiyaclarını isə İranla sərhəddə keşik çəkən əsgərlər qarşılayıb.

Samir


Müəllif: