13 May 2015 20:22
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanı separatçılara dəstəyə son qoymağa və Donbasdan qüvvələrini çıxarmağa çağırıb.

Bu bəyanat Türkiyənin Antalya şəhərində alyansa üzv ölkələrin XİN rəhbərlərinin görüşündən əvvəl səslənib.
Moskva qonşu ölkənin ərazisində Rusiya hərbçilərinin olduğu barədə ittihamları rədd edir.

ABŞ dövlət katibi müstəqilliyini elan etmiş “DXR” və “LXR”-in silahlı tərəfdarlarını Minsk razılaşmalarının şərtlərinə əməl etməyə çağırıb.

Çərşənvə axşamı John Kerry və Rusiya prezidenti Vladimir Putinin Soçi görüşündə Ukrayna münaqişəsi müzakirə edilib.

Görüş əsnasında ABŞ diplomatı Rusiyada həbsdə saxlanılıan Ukrayna pilotu Nadejda Savçenkonu “siyasi məhbus” adlandıraraq azad etməyə səsləyib.


Müəllif:

Oxşar xəbərlər