22 May 2014 13:44
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uels şahzadəsi Çarlzın Rusiya prezidenti Vladimir Putunu Adolf Hitlerlə müqayisə etməsi artıq beynəlxalq aləmdə çaxnaşma yaradıb.

ANS PRESS-in məlumatına görə, artıq ictimaiyyətin və siyasi dairələrin müzakirə mövzusuna çevrilən fikir barədə fikirlər yürüdülməyə başlayıblar.

Britaniya jurnalistləri belə hesab edirlər ki, şahzadə ancaq öz fikrini bildirib, bu siyasi bəyənat deyil. Böyük Britaniyanın baş naziri Nik Kleqq deyib ki, hər kəsin öz fikrini istədiyui kimi izhar etmək hüququ var. Mən Avropanın bir dönəmini bir başqa dönəmi ilə müqayisə etmək fikrində deyiləm., lakin Şahzadə Çarlzın da özünü ifadə etmək hüququ var.

Leyboristlər partiyasının nümayəndəsi Mark Qeyp isə bildirib ki, Şahazadə Çarlz öz şəxsi fikrini özündə saxlamlı idi. Bu bəyənatına görə isə, o taxt-tacdan imtina etməlidir: Əgər Şahzadə Çarlz milli və beynəlxalq zəmində ziddiyyətli siyasi bəyənatlar verirsə, o taxt-tacdan əl çəkməli və xalqın maraqlarını təmsil etməməlidir”- deyən leyboristlər Partiyasının nümayəndəsi, öz fikrini belə yekunlaşdırıb: “Monarxlar konstitusiyasına görə siyasət və diplomatiya parlament və hakimiyyətlə birgə olmalıdır. Monarxlar burada eşidilməməlidir”.

Kral ailəsinin mətbuat xidməti də Şahzadə Çarlzın səs-küylü bəyənatına münasibət bildirib. “Biz şəxsi söhbətləri şərh etmirik. Biz qeyd etmək istəyirik ki, Uels şahzadəsi öz şəxsi söhbəti barədə heç bir bəyənat verməyəcək.”.

Dünya mətbuatı yazır ki, Şahzadə Çarlzın bu tipli şərhləri əvvəllər də edib. Ən sonda onu da xatırlatmaq istəyirik ki, Uels şahzadəsinin bu ilin iyun ayının 6-da Fransada Vladimir Putinlə görüşü gözlənilir. Bu bəyənatın həmin görüşə təsir edib-edilməyəcəyi isə hələ bilinmir.


Müəllif: