Boston marafonunda bomba partlayışına görə keçirilən məhkəmə prosesində 21 yaşlı çeçenistanlı gənc Cohar Tsarnayevə ölüm cəzası kəsilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, ölümcül inyeksiya vasitəsilə edam olunacaq. 21 yaşlı çeçen gəncin taleyi barədə son qərar 14 saatlıq müzakirələrdən sonra beş kişi və yeddi qadından ibarət hakimlər heyəti tərəfindən verilib.
Qeyd edək ki, Cohar Tsarnayev və onun qardaşı Tamerlan 2013-cü ilin aprel ayında Boston marafonunda bomba partlayışı törədəndən sonra üç nəfər həlak olub, 260 nəfər yaralanıb.
Samir