Macarıstanın paytaxtı Budapeştdə hökumətin qaçqın və miqrant siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qaçqın Həmrəylik Qrupu tərəfindən təşkil olunan nümayişdə toplananlar ölkədə hökumətin həyata keçirdiyi bu siyasət ilə ksenofobiya hallarının artırdığını bildiriblər.
Macarıstanın Helsinki komitəsinin lideri, keçmiş deputat Ferens Koszeq bu siyasətin davam edəcəyi təqdirdə Macarıstanın Avropa İttifaqından çıxarılacağını deyib. Qaçqın Həmrəylik Qrupunun fəallarından olan Margit Barına isə hökumətin miqrantlarla bağlı sorğuya 3 milyon avro xərclədiyini və bu pulla miqrantların 2 illi xərcinin qarşılana biləcəyini açıqlayıb.
Polis aksiya zamanı 10-a yaxın fəal saxlayıb.
Samir