21 May 2015 14:33
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda sərt qənaət tədbirlərinə etiraz olaraq səhiyyə işçiləri 24 saatlıq tətil keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Afinada səhiyyə nazirliyinin binası qarşısında keçirilən nümayişə dövlət sektorunda çalışan yüzlərlə həkim və tibb bacısı qoşulub.

Onlar xəstəxanaların maliyyələşdirilməsinin sürətləndirilməsi, dərman preparatlarının çatışmazlığı ilə bağlı problemlərin həll olunması, əmək haqqı borclarının ödənilməsi və baş nazir Aleksis Tsiprasın başçılıq etdiyi hökumətdən seçkiqabağı vədlərini yerinə yetirərək, səhiyyə sahəsinə ayrılan xərclərin artırılmasını tələb ediblər.

Səhiyyə işçilərinin tətilinə təqaüdçülər də qoşulublar. Onlar beynəlxalq kreditorların təzyiqi ilə Yunanıstan hökumətinin həyata keçirdiyi sərt qənaət tədbirlərinin davam etdirilməsindən ehtiyat edirlər.

Təqaüdçülərin sözlərinə görə, bu tədbirlər pensiyaların daha da azaldılması və vergilərin artırılmasına səbəb olacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər