İŞID terror qruplaşması Suriyada ələ keçirdikləri qədim Palmira şəhərində əhaliyə divan tutmaqda davam edir. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu dəfə İŞİD-çilər 17 girovu edam ediblər. Bildirilir ki, onlardan ən azı dördünün başı kəsilib.
Ərəb qaynaqlarının məlumatına görə, edam edilənlər dinc sakinlər və Dəməşq tərəfdarları olub. Öldürülənlərin hamısına qarşı Suriya hökuməti ilə əməkdaşlıq ittihamı irəli sürülüb.
Xəbər verildiyi kimi, İŞİD şəhəri bütünlükl ələ keçirib.