“Minsk danışıqlarının bazasını zəiflətməsi cəhdləri və orada əks olunmuş prioritetlərin dəyişdirilməsi Rusiyanın xoşna gəlmir”.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya “normand dördlüyü” xarici işlər naziri müavinlərinin görüşünün gündəliyi ilə bağlı Fransadan təkliflər gözləyir: “Bu təkliflər fransalı həmkarlarımızdan gəlir. Əgər söhbət Minsk razılanmalarının müddəalarının yerinə yetirilməsindən gedirsə, biz istənilən formatda görüşə razıyıq”.
Samir