27 May 2015 11:05
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin paytaxtı Londonda taksi sürücüləri etiraz aksiyası keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sürücülər müştərilərə daha ucuz qiymət təklif edən lisenziyasız taksilərin qanuni olmadığını bildiriblər. Onlar London Nəqliyyat İdarəsini bununla bağlı ciddi addımlar atmağa çağırıblar.

Etirazçılar bir çox əsas yollarda maşınların hərəkətinə maneəçilik törədiblər. İki saatdan çox davam edən etiraz aksiyası zamanı yollarda tıxac yaranıb.

Aksiya nəticəsində Nəqliyyat İdarəsi Londonda xidmət göstərən 100 mindən çox taksi və şəxsi avtomobil sürücüsünə lisenziya verəcəyinə söz verib.

Samir


Müəllif:

Oxşar xəbərlər