FİFA prezidenti Yozef Blatterin təşkilatda korrupsiya haqqında iş üzrə müttəhimlərə əlaqəsi keçmir.
ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ-ın baş prokuroru Loretta Linç bildirib.
Daha əvvəl FİFA kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə departamentin direktoru Valter de Qreqorio Sürixdə mətbuat konfransında bildirib ki, Blatter təşkilatın qarşıdakı konqressinə hazırlaşır və ABŞ hakimiyyətinin araşdırmasına cəlb edilməyib:
"O konqresə fokuslanmışdır. Blatter rahatdır, çünki o, bu araşdırmaya cəlb edilməyib. Amma o baş verənləri diqqətlə izləyir", - de Qreqorio bildirib.
"İki gün sonra seçkilərdir. Niyə o vaxtından əvvəl öz postunu tərk etməlidir?", - o əlavə edib.
Bu gün səhər İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub. FİFA prezidentliyinə keçiriləcək seçki ərəfəsində əməkdaşlar 100 milyon dollarlıq korrupsiyada ittiham olunurlar. Onların son 20 il ərzində reket və dələduzluqla məşğul olduğu iddia edilir.