Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə telefon danışıqları aparıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, liderlər Ukraynanın şərqində atəşkəsin pozulmasından və ölü sayının artmasından narahatlıqlarını ifadə ediblər.
Merkel məsələ ilə bağlı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Putin ATƏT-in müşahidçi missiyasının nəzarəti ilə ağır silahların Minsk müqaviləsinə əsasən lazimi sərhədlərədək geri çəlikməli olduğunu xatırladıb.
Olland isə Təmas qrupunun fəaliyyətini müsbət qiymətləndirib.
Danışıqların sonunda liderlər üçtərəfli görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
Samir