Amerikalı 47 yaşlı müəllim Qlenn Mişuk 2013-cü ildə 17 yaşlı qız tələbəsiylə 17 dəfə cinsi əlaqəyə girməkdə ittiham olunur.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə atanın qızından şübhələnməsi ilə ortaya çıxıb. Ata qızının evdən tez-tez çıxaraq "idman zalına gedirəm" deməsindən sonra onun telefonundakı mesajlara baxıb.
Qızının 47 yaşlı müəllimi ilə əlaqədə olduğunu görən ata polisə müraciət edib.
2013-cü ilin oktyabrın 6-da Mişuk polisə ifadə verməyə çağrılıb. O, həmçinin müəllimlikdən də uzaqlaşdırılıb.
Mişuk buna baxmayaraq, tələbəsi ilə mesajlaşmağa davam edib.
Prokurorluqdan verilən məlumata görə, müəllim Mişuk başqa tələbəsi ilə də cinsi əlaqədə olub.
Hadisə ilə bağlı məhkəmə davam edir.
Rüstəm