1 İyun 2015 13:19
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli qətl və intihar hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı Mühlis Kızan 23 yaşlı keçmiş sevgilisi Funda Altınbezeri öldürdükdən sonra intihar edib.

İlkin məlumata görə, qanlı hadisə mübahisə nəticəsində baş verib.

23 yaşlı Funda Altınbezer rəfiqəsinin ad gününü təbrik etmək üçün onun evinə gedib. Bundan xəbər tutan Mühlis Kızanda eyni evə gedərək Altınbezerle mübahisə etməyə başlayıb.

Mübahisənin davaya çevrildiyini görən ev sahibi kömək çağırmaq məqsədilə bayıra çıxıb. Bu zaman evdən silah səsləri gəlib.

Mühlis yanında gətirdiyi tapança ilə universitet tələbəsi olan Funda Altınbezerin başına iki güllə vurub onu öldürdükdən sonra, həmin silahla da intihar edib.


Hadisə yerinə gələn polis və təcili yardım komandası hər iki şəxsin öldüyünü müəyyən edib.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Rüstəm


Müəllif: