Rusiyada 1968-ci ilin avqustunda Çexoslovakiyada baş verən hadisələr haqqında çəkilən və "Rossiya" telekanalının efirində göstərilən yeni film Çexiya və Slovakiya hökümətlərinin qəzəbinə səbəb olub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, rəsmi Praqa və Bratislava Moskvanı tarixi saxtalaşdırmaq cəhdində ittiham ediblər.
Mayın 23-də Rusiyada nümayiş olunmuş filmdə müəlliflər bildiriblər ki, Çexoslovakiyaya qoşun yeridilməsinin məqsədi Qərbin dəstəyilə həyata keçirilən hərbi çevrilişin qarşısını almaq olub.
Tarixi faktlara görə isə 1968-ci ilin avqustunda Sovet İttifaqı başda olmaqla, Varşava paktı üzv ölkələrinin tankları Praqaya daxil olublar. Liberal islahat tərəfdarlarının çıxışının hərbi yolla yatırılması zamanı 100-dən artıq Çexoslovakiya vətəndaşı həlak olub.
Çexiya xarici işlər naziri Lyubomir Zaoralek Rusiyanın Praqadakı səfirini izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırıb.
Slovakiya da sənədli filmin nümayişilə bağlı rəsmi etirazını bildirib. Slovakiya XİN-i bəyanatında deyilir ki, Rusiya müdaxiləyə və Çexoslovakiyanın ilhaqına görə keçmişdə rəsmi olaraq üzr istəyib.
Samir