3 İyun 2015 09:04
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriya ərazisində vuruşan Fransa vətəndaşlarından 110-u ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın baş naziri Manuel Vals ölkə Senatında çıxışında bildirib.

“Fransanın 860-dan çox vətəndaşı Suriya və İraqa gedib. Onlardan 110-u ölüb, 471-i isə indiyə qədər oradadır. Ölənlərdən 9-u isə kamikadze olub”, - Vals vurğulayıb.

İŞİD terror təşkilatına qoşulanların sayına görə, Fransa və Belçika Avropada lider ölkələrdir.

Dünən Fransa Senatı kəşfiyyatın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edib. Qanun layihəsində Fransa vətəndaşlarının ölkə xaricində də izlənilməsindən söhbət gedir.


Müəllif:

Oxşar xəbərlər