Nigeriyanın şimal-şərqindəki Maiduguri şəhər mərkəzində yerləşən bazarda terror aktı törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş verən partlayış zamanı 50 nəfər ölüb, 100-ə yaxın insan isə xəsarət alıb. Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etmir.
Hücuma görə məsuliyyəti “Boko Haram” terror təşkilatı öz üzərinə götürüb.
Samir