“Hazırda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə heç bir problemimiz yoxdur”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu “Əl Qaidə” terror təşkilatının Suriya qolu sayılan “Əl Nusra” terror qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, İŞİD-lə baş verən son toqquşmalar zamanı aralarında qadın və uşaqların da olduğu 700 “Əl Nusra” tərəfdaşı öldürülüb.
Əl-Culani qeyd edib ki, İŞİD İslamdan uzaqlaşıb: “İŞİD İslamı təbliğ etmir. Onlar məsciddə baş kəsir, bazarı partladır. Bu isə İslam qanunlarına ziddir. İŞİD-in qurduğu xilafət də qeyri-qanunidir. Alimlər bu xilafəti tanımırlar. Onlar Allah yoluna qayıtmalıdırlar. Əks halda İŞİD ilə savaşmaqdan başqa çarəmiz yoxdur”.
“Əl Nusra” lideri İŞİD-in Əsəd rejimi ilə vuruşmadığını və döyüşçülərə Bəşər Əsədin hərbi komandanlarının başçılıq etdiyini deyib.
Samir