7 İyun 2015 01:10
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraq ərazisində fəaliyyət göstərən İŞİD terrorçu qruplaşması kimyəvi silah əldə etməyə can atır. Bunu Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib.

Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, qruplaşma bu məqsədlə “Qərb dövlətləri də daxil olmaqla bütün ölkələrdən təcrübəli alim və mütəxəssisləri öz sıralarına çəkmək istəyir”. Onlar artıq İraq ərazisində hücum əməliyyatları keçirərkən xlordan istifadə ediblər.

Culi Bişop hesab edir ki, İŞİD kimi ekstremist qruplaşmalar qlobal təhlükəsizliyə ən ciddi təhdiddir.


Müəllif: